Accessibility links

Cümə axşamı Kabildə intiharçı maşın bombasının polis konvoyunu partlatması nəticəsində azı 30 təhlükəsizlik əməkdaşının öldüyü deyilir.

Konvoy hücuma məruz qalarkən kursant və təlimçiləri nəql edirdi. Əfqanıstan rəsmiləri partlayışların ard-arda olduğunu deyir.

Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi dövlət orqanlarının məlumat topladığını deyib.

Hücuma görə Taliban məsuliyyəti öz üzərinə götürüb. Talibanın sözçüsü Zəbihullah Mücahid deyib ki, intiharçı bombalamanı həyata keçirən partlayıcı maddələrlə dolu maşınını konvoyun üzərinə sürüb.

Mücahid həmçinin əlavə edib ki, ikinci bombaçı birinci partlayışın baş verdiyi yerdə toplaşan polis zabitlərini hədəf alıb. O, hücum nəticəsində onlarla Əfqanıstan təhlükəsizlik işçilərinin həlak olduğunu deyib.

Ötən həftə Talibançı intiharçı Kabildə Kanada səfriliyində işləyən nepallı mühafizəçiləri nəql edən avtobusda bomba hücumu törədib və nəticədə əksəriyyəti nepallılar olmaqla 14 nəfər həlak olub.

XS
SM
MD
LG