Accessibility links

Əfqanıstan rəsmiləri deyir ki, təhlükəsizlik qüvvələri Kabildəki prezident sarayının yaxınlığında yaraqlıların hücumunun qarşısını alaraq bütün terror şübhəlilərini öldürüb.

Bu gün həyata keçirilən hücuça görə məsuliyyəti Taliban öz üzərinə götürüb. Hücum paytaxtı Müdafiə Nazirliyi və ABŞ-ın ölkədəki səfirliyinin yerləşdiyi ərazidə baş verib.

Rəsmilər deyir ki, Kabildəki hücum jurnalistlər Əfqanıstan prezidenti Həmid Karzayın mətbuat konfransında çıxışını gözlədiyi zaman baş verib.

Hadisədən sonra cənab Karzay barədə heç bir məlumat verilməyib.
XS
SM
MD
LG