Accessibility links

Əfqanıstan qadınları qeyri-müəyyən gələcək qarşısında


Əfqanıstan qadınları 2014-cü ilin sonunda ABŞ-ın başçılığı ilə NATO qüvvələrinin ölkədən çıxmasından sonra nə baş verəcəyi ilə maraqlanır. Beynəlxalq ictimaiyyət 2001-ci ildə Talibanın devrilməsindən sonra ölkdə qadınların əldə etdiyi hüquqların qorunub saxlanılmalı olduğunu bildirir. Lakin əfqan qadınlar ölkə malik siyasətçiləri üçün bu məsələnin başlıca prioritet olduğunu görmədiklərini deyir.

Qadınlardan ibarət kiçik şura mərkəzi hökumətin siyasətindən razı deyil və bunu göstərməkdən çəkinmir. Okmina qadınlarn biridir. O, sovet ordusnun Əfqanıstana müdaxiləsindən sonra kişi geyimində gəzərək, ölkədə ictimai yerlərdə qadın kimi görünməyin təhlükəsiz olmadığını deyir. “Problem ondadır ki, heç kəs qadınların müdafiə olunması məsələsi ilə maraqlanmır, nə komandirlər, nə də qanunvericilər qadın məsələlərinə diqqət ayırmır. Onlar qadınlara münasibətdə çox pis davranır.”

Taliban dövrü əfqan qadınlar üzlərini örtən bürqə geyiməli idir. Qadınların məktəbə getməsi qadağan idi.

İndi isə qadın şura liderləri və qanunvericilər kişilərin dominant olduğu cəmiyyətdə öz hüquqları uğrunda mübarizə aparır.

Qadınlar deyir ki, hökumət qızların uşaq yaşlarında və zorla ərə verilməsini qadaöan edən Qadınlara Qarşı Zorakılıq əleyhinə qanunun həyata keçirilməsi ilə məşğul olmur.

Human Rights Watch bildirib ki, qadınları qaranlıq gələcəklə qarşılaşacağına dair çox ciddi işarələr var. Ölkədə indidən artıq evdən qaçıb getmək, ya da evlilikdən kənar seksual əlaqə kimi əxlaqi cinayətlərə görə həsb edilmiş qadın və qızların sayının artdığı müşahidə edilir.

BMT-nin Əfqanıstanda missiyasının sözçüsü Nilab Mübariz deyir ki, qadın hüquqlarının qorunması və zorakılığa qarşı qanunun icrası ölkəyə yardımın davam etməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir. “Biz açıq deyirik ki, qanuna icra olunmasa, o dəyişdirilsə, ya da ləğv edilsə, bunun Əfqanıstana yardım məsələsinə mənfi təsiri olacaq.”

Əfqan qadınlarının 90 faizi yazıb olxuya bilmir, ucqar rayonlardan bu, göstərici daha yüksəkdir.

Hüquq elmləri professoru Vadir Safi deyir ki, cəmiyyətdə qadının öz potensialına çatmasına imkan verməyən dərin kök salmış fikirlər mövcuddur. “Bizim hüquq fakülətəsində təhsil alan tələbə qızlara deyirəm ki, təhsili davam etdirmək üçün gedin Hindistana, gedin Türkiyəyə. Onlar gəlib mənə deyirlər ki, bizə icazə vermirlər. Qızlar ağlayıb deyirlər ki, təəssüf ki, valiydenlərimiz bizə icazə vermir. Bəzi ailələrdə qardaş razı olmur və qız bunu edə b ilmir. Şəhərlərdə vəziyyət belədirsə, vilayətlərdəki vəziyyəti heç düşünməyə dəyməz.”

Qadınlar deyir ki, onların evdən çıxması, dərsə, ya da işə getməsi mümkün olsa, onlar öz hüquqları sahəsində vəziyyəti yaxşılaşdıra bilər. Lakin bu, onların sözlərinə görə, 2014-cü ildə təhlükəsizliklə bağlı vəziyyətdən və Talibanın Əfqanıstanın gələcək hökumətində hansı rol oynayacağından asılı olacaq.
XS
SM
MD
LG