Accessibility links

Əfqanıstanda iki avtobusun yanacaq tankeri ilə toqquşması nəticəsində 73 adam həyatını itirib.

Toqquşma nəticəsində onlarla insanın yaralandığı bildirilir. Rəsmilər qəza zamanı avtobusların və tankerin alova büründüyünü bildirib.

Qəza şənbə günü aytaxt Kabil və cənubda yerləşən Qəndəhar şəhəri arasında şosse yolunda baş verib. Rəsmilər avtobuslarda 125 sərnişinin olduğunu bildirib.

Yerli yol nəqliyyat xidmətləri idarəsinin rəsmilərinin Assoşieyted Press agentliyinə bildirdiyinə görə, qəzaya sürücülərin ehtiyatsızlığı olub.

Əfqanıstanda yol nəqliyyat qəzaları tez-rez baş verir. Bunun əsas səbəbləri yolların pis vəziyyətdə olması, yol nəqliyyatı qaydalarına isə ciddi riayət olunmaması ilə əlaqədardır.

XS
SM
MD
LG