Accessibility links

Əfqanıstsan silahlı qüvvələri bu həftənin əvvəli ölkənin şimalındakı Qunduz şəhərinə nəzarəti ələ keçirən Taliban yaraqlılarına qarşı döyüşləri davam etdirir. Şəhərin ələ keçirilməsi terror qruplaşması üçün mühüm qələbə hesab edilir.

BMT-nin Əfqanıstanda Yardım Missiyası bildirib ki, Qunduz şəhərindəki silahlı qarşıdurmalar zamanı 100-dən çox insan ya ölüb, ya da yaralanıb. Məlumata görə, 6000-dən çox insanın da şəhəri tərk etdiyi bildirilir.

Əfqanıstan ordusu cənub bölgələrdən şimala daha çox qüvvə göndərməyə çalışsa da, Talibanın yolları bağlaması və minaları onların Bağlan vilayətindən sonra yollarını davam etdirməsinin qarşısını alıb.

ABŞ hərbi təyyarələri Əfqan əsgərlər dəstək məqsədilə dünən iki hava hücumu həyata keçirib. Hədəflər arasında Qunduz şəhər hava limanının ətrafları da olub. Əsas döyüşlərin məhz bu bölgədə getdiyi deyilir.

Prezident Əfrəf Qani sakitliyə çağırıb və xalq müraciətində onları ölkənin təhlükəsizlik qüvvələrinə etibar etməyə səsləyərək deyib ki, onlar çox qısa zamanda Qunduzun nəzarətini geri alacaqlar və regionda sülhü bərqərar edəcəklər.

XS
SM
MD
LG