Accessibility links

Əfqanıstanda Amerika universitetinə hücum zamanı azı 10 nəfər həyatını itirib


Əfqanıstan polisi bildirir ki, Kabilda yerləşən Amerika Universitetinə 10 saat davam edən hücum nəticəsində 10 nəfər ölüb, 37 nəfər yaralanıb.

Hücum çərşənbə günü axşam saat 6:30-da baş vermiş partlayışla başlayıb və daha sonra təhlükəsizlik qüvvələrinin müdaxilə etməsi ilə bir saat atışma ilə davam edib.

Kabil polis idarəsinin rəisi Əbdül Rəhman Rəhimi deyib ki, universitet kompleksində ilişib qalan 700-dən çox işçi heyəti və tələbə xilas edilib. Tələbələr hücumçulardan necə qaça bildiklərini təsvir ediblər.

“Üsyançılar üstümüzə əl bombası atdı, amma biz özümüzü qəlpədən qorumaq üçün partaların altında gizləndik və daha sonra ikinci mərtəbənin pəncərəsindən tullanıb qaçdıq,” deyə tələbə Naqib Ullah bildirib.

Polis rəsmiləri azı iki hücumçunun öldürüldüyünü bildirir.

Pentaqon rəsmisi Amerikanın Səsinə deyib ki, hücumçuların ələ keçirilməsində əfqan həmkarlara ABŞ məsləhətçiləri yardım edib.

Hələ ki heç bir militant qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. ABŞ Dövlət Departamenti bu zorakılığı qınayıb və bunu “Əfqanıstanın gələcəyinə qarşı hücum” adlandırıb.

Bu ayın əvvəli, amerikalı professor və onun avstraliyalı həmkarı universitetdən qaçırılıb. Heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib və müəllimlərin harada olduğu hələ də müəyyən edilməyib.

Universitet Birləşmiş Ştatların dəstəyi ilə inşa edilib və öz qapılarını tələbələr üçün ilk dəfə 2006-ci ildə açıb. Müstəqil təhsil ocağı olan Amerika Universiteti ABŞ-ın humanitar elmlər təhsil modelinə əsaslanır.

XS
SM
MD
LG