Accessibility links

Əfqanıstan rəsmiləri ölkənin şərqində yerləşən Cəlalabad şəhərində bomba partlayışı zamanı 16 nəfərin yaralandığını bildirib. Hadisə Hindistanın konuslluğunu hədəf almlış intiharçı hücumundan bir gün sonra baş verir.

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, məsafədən idarə edilən partlayıcı qurğu dövlət prokuroru Əbdül Qəyyumu daşıyan avtomobilin keçdiyi zaman işə salınıb. Prokurorun iki mühafizəçisi və 12 mülki vətəndaş da partlayış zamanı müxtəlif xəsarət alıb.

Hücumun məsuliyyətini hələlik öz üzərinə götürən olmayıb.

Şənbə günü Cəlalabadda Hindistan konsulluğuna üç intiharçı hücumu nəticəsində doqquz adamın öldüyü, 23 nəfərin yaralandığı bildirilir. Ölənlər arasında yaxınlıqda yerləşən məsciddə olan uşaqlar da var.
XS
SM
MD
LG