Accessibility links

Əfqanıstanda intiharçı hücumu 8 zabitin ölümünə səbəb olub


Əfqanistan paytaxtında intiharçının hərbi hava qüvvələrinin avtobusuna hücumu nəticəsində səkkiz ordu zabiti həlak olub, bir neçə zabit yaralanıb.

Hökumət rəsmiləri bildirir ki, hücum Kabil universitetinin yaxınlığında baş verib.

Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürərək, avtobusun hədəf alındığını və qrupun üzvünün avtobusun yanında dayanaraq üzərindəki bombanı patlatdığını bildirib.

Əfqanıstan rəsmiləri ölkədə prezident seçkilərinin ilkin nəticələrinin elan edilməsini gecikdirir. Müstəqil Seçki Kommissiyası nəticələrin gələn həftə elan ediləcəyini bildirib.

Preizdentliyə namizəd Abdullah Abdullah seçkinin nəticələrinin ləğv edilməsinə çağıraraq, iyunun 14-də keçirilən səsvermə zamanı kütləvi pozuntuların baş verdiyini deyib.

Seçkilərin ikinci turunda rəqabət aparan cənab Abdullahın prezident Həmid Karzaidən sonra Əfqanıstan prezidenti olacağı gözlənirdi.

Sabiq xarici işlər naziri keçmiş maliyyə naziri Əşrəf Xani ilə rəqabət aparırdı.

XS
SM
MD
LG