Accessibility links

Pentaqon Əfqanıstanda ABŞ generalının öldürüldüyünü təsdiq edib


Əfqanıstan ordusunun hərbi formasını geymiş şəxs atəş açaraq bir Amerika generalını öldürüb, ABŞ və beynəlxalq qüvvlələrin bir neçə əsgərini yaralayıb.

Pentaqonun sözçüsü kontr-admiral Con Körbi Vaşinqtonda müxbirlərə ABŞ generalının öldürüldüyünü bildirib, lakin onun kim olduğu haqda bir söz deməyib. Körbinin bildirdiyinə görə, əfqan hərbi qüvvəlləri hücumla bağlı birgə təhqiqat aparır.

“Biz həmin şəxsin əfqan təhlükəsizlik qüvvələrinin üzvü olduğuna inanırıq. Vəziyyətlə bağlı bir nəticə çıxarmaqdan öncə onun kim olduuğunu müyyən etmək üçün təhqiqat aparılmasına imkan verməliyik”-deyə Pentaqon sözçüsü bildirib.

Son illər Əfqanıstan hərbi qüvvələri tərəfindən koalisiya qüvvələrinə qarşı onlarla hücum həyata keçirilib. Hücumlar ABŞ və koalisiya qüvvələrinin əsgərləri arasında tələfatlara və tərəflər arasında etibarsızlığın yaranmasına gətirib çıxarmışdır.

Əfqanıstanda 13 ildir sürən münaqişə dövründə öldürülmüş ən yüksək səviyyəli ABŞ rəsmisi olan Amerika general-mayoruna yaxın məsafədən atəş açıldığı bildirilir. Kontr-admiral Körbinin sözlərinə görə, yüksək səviyyəli hərbi rəsmilər Kabildə Marşal Fahim milli müdafiə universitetinə vaxtaşırı etdikləri ziyarət zamanı baş verib.

Taliban qüvvələrinin sözçüsü Tvitter hesabında hücumla bağlı məlumat verərək, İtaliya hərbi qüvvələrinin yüksək rütbəli zabitinin də öldürüldüyü də qeyd edib. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Yaralananlar arasında da yüksək rütbəli zabitlər, o cümlədən Almaniyanın briqada generalının olduğu haqda məlumat verilib.

ABŞ rəsmisi Amerikanın Səsinə Amerika generalı ilə yanaşı, amerikalılar da daxil olmaqla, beynəlxalq qüvvələrin daha 15 əsgərinin yaralandığını bildirib.

Əfqanıstanın Müdafiə nazirliyi əfqan ordusunun hərbi formasını geymiş terrorçu kimi səciyyələndirdiyi hücumçunun qətlə yetirildiyini bildirib. adlandırıb.

Əfqanıstan prezidenti Həmid Karzai atışmanı qınayıb və hadisə qurbanları ilə əlaqədar baş sağlığı bildirib.

ABŞ-ın hazırda Əfqanıstanda 30 min 600 nəfərdən ibarət əsgəri qüvvəsi var. Bununla yanaşı beynəlxaq qüvvələrin ölkədə 17 min 100 nəfər əsgəri xidmət göstərir. Əfqanıstan ordusunu əsgərlərinin sayı 335 mindir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG