Accessibility links

Hillari Klinton Əfqanıstanın təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi öhdəliklərinə əməl edilməsinə çağırıb


ABŞ dövlət katibi Hillari Klinton NATO müttəfiqlərini 2014-cü ildə koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra o ölkənin təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi öhdəliklərinə əməl etməyə çağırıb.

NATO-nun Brüsseldəki baş qərargahında danışan xanım Klinton öhdəlik götürən hər bir ölkə üçün bunun vacibliyini qeyd edib.

Əfqanıstan 2014-cü ildən sonra 4.1 milyard dollarlıq xarici yardım almalıdır. Lakin Avropanın iqtisadi tənəzzülünün bu öhdəliyin yerinə yetirilməsinə mane olacağına dair narahtlıqlar mövcuddur.

Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Canan Musazai deyib ki, onun hökuməti NATO-ya üzv ölkələrin üzləşdiyi maliyyə problemlərindən xəbərdardır, lakin onların vədlərinə əməl edəcəyindən əmindir.
XS
SM
MD
LG