Accessibility links

Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb


Jalalabad, Afghanistan

Jalalabad, Afghanistan

ABŞ-ın C-130 hərbi nəqliyyat təyyarəsinin Əfqanıstanın şərqindəki Cəlalabad hava limanında qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.

Bu gün gecə yarısı baş verən qəzanın baş vermə səbəblərinə dair istintaq başlanıb.

ABŞ-ın Əfqanıstandakı Bagram Hava Bazasının müdafiə rəsmiləri deyib ki, qəza zamanı 6-sı ABŞ-ı əsgəri olmaqla bütün ekipaj üzvü həlak olub.

Qəza zamanı ölənlər arasında NATO-nun Dəstək təlimlərində kontraktor kimi çalışan 5 mülki vətəndaş da olub.

Məsuliyyəti öz üzərinə götürən Taliban təyyarəni vurduğunu bildirib. Ancaq ABŞ Hava Qüvvələri mayoru Toni Vikman iddianı rədd edərək bildirib ki, o, əminliklə qəzanın düşmənin hücumu nəticəsində baş vermədiyini deyə bilər.

C-130 Herkules təyyarəsi 4 mühərrikli təyyarəsini Lockheed Martin istehsal edib.

XS
SM
MD
LG