Accessibility links

Əfqanıstanda Taliban hücumu nəticəsində 4 nəfər həlak olub


Hücumlar artıq iki gündür davam edir

Bu gün Əfqanıstanda Taliban hücumu nəticəsində azı 4 nəfər ölüb. Taliban tərəfindən ardıcıl iki gündür həyata keçirilən hücumlar 12 nəfərin isə yaralanmasına səbəb olub.

Rəsmilər bildirib ki, cümə günü Nanqahar vilayətinin paytaxtı Cəlalabadda yerləşən hava limanı yaxınlığında bomba hücumu ABŞ qüvvələrinin konvoyunu hədəf alıb.

Cəlalabaddakı hücumdan bir gün öncə minomyot və digər sursatlarla silahlanmış Taliban yaraqlıları Əfqanıstanın şimalında məhkəməyə hücum ediblər və təhlükəsizlik qüvvələri ilə şiddətli qarşıdurma zamanı azı 8 nəfəri öldürüb, digər 60-ı yaralayıblar.

Əfqanıstan rəsmiləri qoşunların Məzar-i-Şərifdə yerləşən məhkəmə binasının nəzarətini tam bərpa etdiyini bildiriblər.

Bundan əlavə cümə günü Qəzni vilayətində yolkənarı bomba azı 12 nəfərin ölümünə səbəb olub.

"Partlayış qurbanlarının hamısı bir ailənin üzvləri olub ki, onların arasında qadın və uşaqlar da olub", deyə əyalət sözçüsü bildirib. Hələ ki heç kəs hücumun məsuliyyətin öz üzərinə götürməyib.

XS
SM
MD
LG