Accessibility links

Əfqanıstanın paytaxtı Kabildə rəsmilər və şahidlər bir qrup silahlı şəxsin ölkənin ən böyük hərbi xəstəxanasına hücum etdiyini deyir.

Şahidlər müxbirlərə bildirib ki, çərşənbə günü erkən saatlarda intiharçı bomba hücumçusu şəhərin mərkəzində yerləşən 400 otaqlıq Sərdar Daur Xan hospitalının əsas girişində özünü partladıb və beləliklə gidər hücumçuların xəstəxanaya daxil olmasına fürsət yaradıb.

Hücuma görə hələ ki, məsuliyyəti öz üzərinə götürən olmayıb.

Bu hücum, onlarla insanın ölümü ilə nəticələnən Kabildəki təhlükəsizlik qüvvələrinin qərargahlarına hücumlardan bir həftə sonraya təsadüf edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG