Accessibility links

Əfqanıstandakı xəstəxana hücumunda iştirak edən ABŞ personalı cəzalandırılıb


Rəsmilər deyir ki, Sərhədsiz Həkimlər təşkilatının Əfqanıstandakı xəstəxanasını darmadağın edən yarım saatlıq hava hücumunda iştirak edən ABŞ personalı cəzalandırılıb və ya onların cəzalandırılması planlaşdırılıb.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Patrik Rayderin sözlərinə görə, insidentlə əlaqəli olan fərdlər səlahiyyətlərindən məhrum ediliblər.

Cəzaların növü ictimaiyyətə açıqlanmasa da, onlara töhmət verilməsi də bu cəzalara daxil edilə bilər.

Müdafiə Nazirliyi istintaq başa çatandan sonra onun nəticəsinə uyğun olaraq cəzaları ictimaiyyətə açıqlayacaq.

Oktyabr ayında 42 nəfərin ölümü ilə nəticələnən hücum Gündüz şəhərindəki hospitala qarşı həyata keçirilmişdi. Ölənlər arasında tibbi heyət və xəstələr olub.

Bir zamanlar ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandiri olan ordu generalı Con Cempbel deyib ki, bu hücum sırf qaçılmaz insan ehtimatsızlığı səbəbilə baş verib. O, hücumu "faciəvi səhv" adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG