Accessibility links

Martın 16-da imzalanan əfv sərəncamı hüquq müdafiəçiləri, müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Onlar ölkədə “siyasi məhbus” probleminin həll edilmədiyini bildirir.

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev

İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü və prezident yanında əfv məsələləri üzrə komissiyasının üzvü Əliməmməd Nuriyev AzadlıqRadisouna deyib ki, əfv olunanlar arasında NİDA-çı Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin və “Meydan TV”-nin rəhbəri Emin Millinin qohumları, İsmayıllı hadisələrinə görə həbs olunan şəxslərin adları da var.

O ad çəkməsə də, ömürlük azadlıqdan məhrum edilənlərdən kimlərinsə cəzalarının başqa cəzayla əvəzlənməsinin nəzərdə tutulduğunu da bildirib.

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev facebook səhifəsində yazıb ki, əslində, bu gün siyasi məhbusları azad edib, bədbin cəmiyyətin möhtac olduğu bir müsbət xəbər vermək olardı.

“Amma görünür ki, yarımçıq əfvdir, övladını gözləyən analar, yoldaşını gözləyən xanımlar yenə məyus olacaqlar. 400-ə yaxın cinayətkarı azad edib, 40 siyasi məhbus azad etməmək üzücüdür”, o qeyd edib.

Rəsul Cəfərov (Foto Ülvi Həsənlinindir)

Rəsul Cəfərov (Foto Ülvi Həsənlinindir)

Hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, əfv sərəncamı siyasi məhbus problemini həll etməyə yaxın deyil.

“Azadlığa çıxan siyasi məhbuslar:

1. Elvin Abdullazadə
2. Əbdül Əbilov
3. Rüfət Zahidov
4. Rövşən Zayıdovv

Yəni cəmi 4 nəfər, halbuki ölkədə 100-dən artıq siyasi məhbus var. Sərəncam siyasi məhbusların azadlığa buraxılması və ümumilikdə bu problemin tam aradan qaldırılması kontekstində heç bir əhəmiyyəti olmayan sənəd oldu”, hüquq müdafiəçisi facebook səhifəsində yazıb.

Zülfiyyə Abdullayeva

Zülfiyyə Abdullayeva

Əfv sərəncamı ilə azadlığa çıxmış gənc fəal Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva facebook səhifəsində bildirir ki, 2-3 siyasi məhbusu siyahıya əlavə etməklə problem həll olunmur.

“Siyasi məhbus faktoru problem kimi qalır. Bu sərəncamı yalnız imitasiya saymaq olar. Elvinin həbsdən çıxmasına 100 gün qalmışdı. Bəs azadlığı haqq edən siyasi məhbuslar? Onların ailələrinin, övladlarının,analarının gözü yoldadır axı...”, Z.Abdullayeva yazıb.

Azərbaycan Xalq Cəbhəsi Partiasının sədri Əli Kərimli hesab edir ki, bu sərəncamda əfv yoxdur, əfvin imitasiyası var.

Əli Kərimli

Əli Kərimli

“Ölkə imitasiya zolağından çıxa bilmir. Seçki yoxdur, seçkinin imitasiyası var. Ədalətli məhkəmə yoxdur, məhkəmənin imitasiyası var. Humanizm yoxdur, humanizmin imitasiyası var. Hakimiyyətdə vətənpərvərlik yoxdur, vətənpərvərliyin imitasiyası var (siyahını davam edə bilərsiniz). Bugünkü fərman da yalnız əfvin imitasiyası oldu”, o facebook səhifəsində yazıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG