Accessibility links

Jan Eqland: Suriyada "kirli müharibə"yə son qoyulmalıdır


Suriyada kimyəvi silahlardan istifadəyə dair beynəlxalq narahatlqılar vaxtı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi ABŞ, Rusiya və digər ölkələri "kirli müharibə"yə son qoymağa çağırıb.

Jan Eqland bildirib ki, kimyəvi maddələrdən zəhərlənərək uşaqların ölməsi müharibənin çirkabını üzə vurur.

Kimyəvi maddələrdən zəhərlənərək uşaqların ölməsi müharibənin çirkabını üzə vurur

İdlib hücumu 30-u uşaq olmaqla 86 adamın ölümü ilə nəticələnib.

Eqland deyib ki, o, humanist olduğu üçün problemlərin hərbi yolla həllinə inanmır və Amerikanın Suriyada hərbi əməliyyatlar çağırışını qəbul etmir. Nümayəndə müharibənin sona çatdırılmasının yeganə yolunun siyasi müzakirələr olduğunu bildirib.

Eqland bütün tərəflərin müharibə alovuna yanacaq tökmədən sülh uğrunda mübarizə aparmalı olduğunun vacibliyini önə çəkib.

Suriya üzrə xüsusi nümayəndə qeyd edib ki, Suriyada humanitar böhram dərinləşməkdədir. O, 5 milyon insanın ərzaq, tibbi ləvazımat və digər mühüm yardımlara ehtiyacı olduğunu bildirib.

Eqland deyib ki, humanitar yardımların çatdırılmasına təbii fəlakətlər yol verməyə bilər.

"Burada söhbət silahlı şəxslərin qüdrətli şəxs tərəfindən dəstəkləməsindən, mülki əhalinin isə hücumlar, qaz və bombaların təsirinə məruz qalmasından gedir" - deyə o əlavə edib.

XS
SM
MD
LG