Accessibility links

Egemen Bağış: Baş nazir Ərdoğanın Vaşinqtona səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olacaq [AUDIO]


Türkiyənin dövlət naziri deyib ki, NATO-dakı ən əhəmiyyətli müttəfiq olan ABŞ-la ticarət əlaqələri də hərbi və siyasi əlaqələr səviyyəsinə yüksələcək

Türkiyənin dövlət naziri və Avropa Birliyi ilə danışıqlarda baş müzakirəçisi Egemen Bağış baş nazir Rəcəb Tayyib Ərdoğanın may ayında Vaşinqtona edəcəyi səfərinin ABŞ və Türkiyə arasında siyasi, diplomatik və hərbi əlaqələrinin inkişafı baxımından əhəmiyyətli bir dönüş nöqtəsi olacağını bildirib.

Egemen Bağış bu açıqlamanı Vaşinqtonda Türkiyə Assosiasiyalara birliyinin illik konfransında iştirak etdikdən sonra jurnalistlərlə söhbəti zamanı verib. Ərdoğanın Amerikaya 60 nəfər iş adamından ibarət bir heyətlə gələcəyini və onların ABŞ-ın biznes liderləri ilə görüşəcəklərini bildirib.

Amerika tərəfinin da bu səfərlə bağlı böyük hazırlıq gördüyünü deyən Egemen Bağış "artıq 60 illik müttəfiqimizlə, NATO-dakı ən əhəmiyyətli ortağımızla ticarət əlaqələrimiz də hərbi və siyasi əlaqələrimizin səviyyəsinə yüksələcək"-deyə qeyd edib.

Egemen Bağış Vaşinqtonda keçirdiyi üç gün ərzində ABŞ Dövlət Departamenti və Ticarət nazirliyində, Konqresdə görüşlər keçirdiyini bildirib.

Suriya ilə bağlı açıqlama verən Türkiyə naziri müdaxilənin qaçılmaz olduğunu deyib. Beynəlxalq ictimaiyyətin hərəkətsizliyi üzündən Bosniya və Kosovoda bir çox adamın öldüyünü xatırladan Egemen Bağış Obama administrasiyasını BMT-nin Təhlükəsizlik Şurasının dəstəyini alaraq, daha aktiv siyasət yürütməyə çağırıb.


XS
SM
MD
LG