Accessibility links

Egemən Bağış Türkiyənin yeganə məqsədinin Avropa İttifaqına üzvlük olduğunu bəyan edib


Egemən Bağış Türkiyənin yeganə məqsədinin Avropa İttifaqına üzvlük olduğunu bəyan edib
Egemən Bağış Türkiyənin yeganə məqsədinin Avropa İttifaqına üzvlük olduğunu bəyan edib

Türkiyənin Avropa əlaqələri naziri Egemən Bağış Türkiyənin yeganə məqsədinin Avropa İttifaqına üzvlük olduğunu bəyan edib. Bu gün keçirilən mətbuat konfransında o deyib ki, digər heç bir nəticə qəbul edilməyəcək. Nazirin dedikləri Avropa İttifaqının Türkiyənin nailiyyət hesabatını açıqlamasından sonraya təsadüf edir. Qurumun hesabatında Türkiyənin Kirlə əlaqələrin normallaşdırılması sahəsində lazımi iş görmədiyi bildirilir.

Bu ayın əvvələrində BMT və Avropa İttifaqı Türkiyə və Kipri qaz kəşfi ilə bağlı mübahisələrin həllinə çağırmışdı. Avropa Komissiyası Türkəyini münasibətləri daha da dərinləşdirəcək əməllərdən çəkinməyə səsləyib. Komissiyanın Türkiyə ilə Avropa İttifaqı arasında danışıqların davam etdirilməsi çağırışlarına baxmayaraq, ötən ildən bəri heç bir nailiyyət əldə edilməyib.

XS
SM
MD
LG