Accessibility links

Egey dənizində miqrantları daşıyan gəminin batması nəticəsində 10 nəfər həyatını itirib


Egey dənizində Avropaya keçməyə çalışan miqrantları daşıyan gəminin batması nəticəsində 10 nəfər həyatını itirib. Ölənlərin beşi uşaqlardır.

Türkiyənin Doğan xəbər agentliyi 43 adamın xilas edildiyi haqda məlumat verib.

Türkiyənin sahil mühafizə xidməti Türkiyənin qərb salilindən Yunanıstanın Lesbos adasına istiqamət götürmüş gəminin batmasından sonra sağ qala bilən digər insanların axtarışını davam etdirir.

Sağ qalanlardan birinin Fransa xəbər agentliyinə bildirdiyinə görə, "azı 20 nəfər hələ də itkin düşüb."

Batmış gəmidəki miqrantların çox Suriya və Əfqanıstandan olub.

Qış mövsümü soyuq hava şəraiti miqrantların Avropaya axınını dyandırmayıb.

Türkiyə Avropa ilə keçən ilin noyabr ayında miqrant axınının qarşısının alınması müqabilində 3 milyard dollar yardımın ayrılması haqda razılıq əldə etmişdi.

Miqrantların çoxu Yaxın Şərq və Afrika ölkələrində müharibə və yoxsulluqdan qaçaraq daha yaxşı həyat qurmaq məqsədilə Avropa ölkələrinə üz tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG