Accessibility links

Misir qadınları inqilabdan real dəyişiklik gözləyir [Video]


Misir qadınlarına hücumlar artıb
please wait

No media source currently available

0:00 0:03:08 0:00
Misirin keçmiş hökumətinin devrilməsində qadınların böyük rol oynamasına baxmayaraq, iki ilə yaxındır onlar bunun müqabilində yaxşı heç nə almadıqlarını deyirlər. Fiziki təhlükəsizlik baxımından, qadınlar vəziyyətin daha da pisləşdiyini bildirirlər.

İnsan Haqları Təşkilatından Hiba Morayef: “Orada çox sayda zorakılıqlar baş verir, cinsi zorakılıqlar, kütləvi zorlamalar… Lakin hökumətin bütün baş verənlərə reaksiyası sıfıra bərabərdir.”

İnsan haqları fəalları deyirlər ki, qadınların hüquqlarının qorunması ilə bağlı hökumətə edilən müraciətlər cavabsız qalıb. Psixoloq Fərəh Şaş cinsi zorakılıqlara məruz qalan qadınlara yardım edir. “Hər dəfə biz parlamentdə və ya ictimaiyyət qarşısında qadın porblemini qaldıranda, bizə deyirlər ki, hal-hazırda inqilabın baş verdiyi və siyasi sistemdə dəyişikliklərin baş verdiyi bir zaman qadınların qorunması məsələsi prioritet deyil.”

Keçmiş hakimiyyət zamanı qadınların hüquqları zəif qorunurdu. Lakin təhlilçilər keçən ay qəbul edilmiş mübahisəli konstitusiyaya əsasən insan haqlarının qorunmasının şübhə altında olduğunu deyirlər. Öz haqlarını tələb etmək üçün küçələrə çıxan qadından biri deyir ki, onlar yalnız qadınların müdafiəsini deyil, konstitusiyada bir sıra müddəaların dəyişməsini tələb edirlər.

İnsan haqları qrupları müdafə qanununun tamamilə yenilənməli olduğunu, təhsildə qadınların rolu, iqtisadi məsələlər, işsizlik və zorlama qurbanlarının müdafiəsinin yaxşı təşkil edilməli olduğunu vurğulayırlar

Bəzi vətəndaş cəmiyyətləri qadınların müdafiəsi tələbi ilə yürüşlər təşkil eduilməsinə və başqa addımlar atılmasına çağırırlar. İnsan haqları qrupları isə belə addımların daha çox məlumatlanmağa yardım edə biləcəyini, lakin bunun doğru yol olmadığını deyirlər.

“Qadınlar Misir küçələrinə daim canlı qalxan olaraq çıxa bilməzlər. Bizə bizi müdafiə edən bir system lazımdır. Biz küçəyə çıxarkən kişilərin seksual obyektləri olmadığımıza əmin olmalıyıq” – deyə, Fərəh Şaş bildirir.

Morayef kimi insan haqları müdsafiəçiləri dırnaqarası “qoruyucular” tərəfindən hücumların sayının artdığını deyirlər. “Zorakılıqlarda iştiraka sanki bir vəsiqə verilib verilib. Dövlətin rolu zəiflədikcə fərdlər qisasa üz tuturlar.”

Hal-hazırda insan haqları qruplarının İslamçı hökumətə şübhə liə yanaşdığı bir vaxt, hökumət hər kəsin marağını nəzərə aldığını və təhlükəsizliyin təmin edilməsi yolunda ciddi işlər gördüyünü iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG