Accessibility links

Misir seçkilərində ilkin nəticələrə görə islamçı partiyalar irəlidədir

  • Amerikanın səsi

Misir seçkilərində ilkin nəticələrə görə islamçı partiyalar irəlidədir

Misir seçkilərində ilkin nəticələrə görə islamçı partiyalar irəlidədir

Misirdə seçkilərin birinci mərhələsində ilkin nəticələr islamçı partiyaların yerlərin əksər hissəsini qazandığını göstərir. Nəticələrə əsasən, Müsəlman Qardalları Azadlıq və Ədalət partiyası bazar ertəsi və çərşənbə axşamı günü səsvermədə səslərin əksəriyyətini alıb. Mühafizəkar Əl-Nur Sələfi islamçı qrup ikinci yerdədir.

CNN şirkəti şənbə günü daha çox nəticələrin açıqlanacağı haqda məlumat verib.

Cümə günü seçki komissiyasının üzvü Əbdül Muaez İbrahim bu həftə ölkənin vialyətlərinin üçdə birində keçirilmiş seçkilərdə yüksək seçici fəallığının müşahidə edildiyini bildirib. Bununla belə, seçki komissiyası partiyaların parlamentin aşağı palatasında neçə yer əldə etdiyi haqda nəticələri açıqlamayaraq, mətbuat konfransını bitirib.

Digər vilayələrdə səsvermə gələn həftələr ərzində keçiriləcək. Parlamentin aşağı palatasına səsvermədən sonra misirli seçicilər yuxarı palataya seçkilərdə səs verəcək. Seçki prosesinin mart ayı da davam edəcəyi gözlənilir. Bu, fevral ayında prezident Hüsnü Mübarəkin istefasından sonra ölkədə ilk seçkidir.

XS
SM
MD
LG