Accessibility links

Qahirədə minlərlə nümayişçi Hüsnü Mübarəkin məhkəməyə verilməsini tələb edib


Qahirədə minlərlə nümayişçi Hüsnü Mübarəkin məhkəməyə verilməsini tələb edib
Qahirədə minlərlə nümayişçi Hüsnü Mübarəkin məhkəməyə verilməsini tələb edib

Misirdə minlərlə fəal Qahirənin Təhrir meydanında toplaşaraq, islahatların keçirilməsinə və keçmiş prezident Hüsnü Mübarəkin məhkəməyə verilməsini tələb edib. Nümayişçilər həmçinin əvvəlki rejimə mənsub rəsmilərin hazırkı hökumətdən çıxarılmasını da tələb edib. Fevralın 11-də cənab Mübarəkin hakimiyyətdən getməsilə nəticələnmiş izdihamlı nümayişdən sonra bu iştirakçıların sayına görə ən böyük nümayiş olub. Hüsnü Mübarək hakimiyyətdən getdikdən sonra ona və ailəsinə məxsus hesablar dondurulub. Keçmiş prezidentin ailə üzvləri Qırmızı dənizdə Şərm əl-Şeyx kurort şəhərində ev dustağı kimi saxlanır.

XS
SM
MD
LG