Accessibility links

Milyonlarla misirli prezident seçkisində səs verir


Misirdə prezident seçkisi keçirilir. Milyonlarla misirli keçən il kütləvi nümayişlər nəticəsində Hüsnü Mübarəkin istefasından sonra ölkədə ilk prezident seçkisində səs verir.

Seçkiqabağı kampaniyanın əsasında cənab Mübarəkə yaxın keçmiş “köhnə qvardiya” ilə yeni koalisiya qurmağa çalışan islamçılar arasında rəqabət olmuşdur.

Seçki bülletenlərində 12 namizədin adı var. Səsvermə iki gün davam edəcək. Misir əhalisinin təxminən 50 milyonu səs vermək hüququna malikdir.

Prezident seçkilsindən öncə kütləvi nümayişlərin keçirilməsi səsvermə zamanı zorakılıqların baş verə biləcəyilə bağlı narahatlıqlara səbəb olmuşdur.

XS
SM
MD
LG