Accessibility links

Misirdə kabinet üzvlərinin andiçmə mərasimi təxirə salınıb

  • Amerikanın səsi

Misirin Baş naziri Essam Şərəf

Misirin Baş naziri Essam Şərəf

Misirdə nümayişçilər hökumət islahatlarının ləng getdiyini deyərək, Təhrir meydanda nümayişi davam etdirdiyi vaxt kabinet üzvlərinin andiçmə mərasimi bir gün təxirə salınıb.

Baş nazir təyin edilmiş Essam Şərəf bazar günü iki müavinindən birinin namizədliyini maliyyə naziri vəzifəsinə irəli sürdüyünü elan etmişdi.

Fransa xəbər agetnliyinin verdiyi məlumata görə, cənab Şərəfin qədim mədəniyyət abidələri nazirliyinin başçısı vəzisəfinə irəli sürdüyü namizəd tənqidlərə məruz qalmıış və bu kabinetin tərkibinin elan edilməsini ləngitmişdi.

Misirin dövlətə məxsus mətbuatı ləngimənin səbəbi ilə bağlı detalları açıqlamayıb.

Misirin yeni maliyyə naziri Hazem əl-Biblavi prezident Hüsnü Mübarək hakimiyyətdən getdikdən az sonra bu vəzifəni tutan Samir Ridvanı əvəz edəcək. Baş nazir Şərəf tanınmış iqtisadçı olan Biblavini şənbə günü özünün iki müavinindən biri elan etmişdi.

Cənab Şərəf həmçiin nəqliyyat, kommunikasiya və ali təhsil nazirlərinin təyin edildiyini bildirib. Misir rəsmiləri bildirib ki,baş nazir belə görünür, ədliyyə, daxili işlər, təhsil və mədəniyyət nazirlərini vəzifədə saxlayacaq.

XS
SM
MD
LG