Accessibility links

Misirdə Sinay bölgəsində insan ölümülə nəticələnmiş iğtişaşlar baş verib(YENİLƏNİB)

  • Amerikanın səsi

Misirdə Sinay bölgəsində insan ölümülə nəticələnmiş iğtişaşlar baş verib(YENİLƏNİB)

Misirdə Sinay bölgəsində insan ölümülə nəticələnmiş iğtişaşlar baş verib(YENİLƏNİB)

Misirin Sinay bölgəsində toqquşmalar altı nəfərin ölümünə, 21 insanın isə yaralanmasına səbəb olub. Dövlətə məxsus MENA xəbər agentliyinin verdiyi məlumata görə, ölənlər arasında bir polis işçisi və bir zabir var. Hücum Sinayda Misirin təhlükəsizlik qüvvələri və silahlı şəxslər arasında dörd adamın ölümülə nəticələnmiş toqquşmalardan sonra baş verir. Misir rəsmiləri bildirir ki, iğtişaşlar cümə günü təxminən 100 silahlı şəxsin el-Ariş şəhərində polis stansiyasına hücum etdiyi zaman başlayıb. Rəsmilər təhlükəsizlik qüvvələrinin dörd şübhəlini həsb etdiyini bildirir. Bu gün silahlı şəxslər İsrailə bir zamanlar qazın nəqlində istifadə edilən kəmərə hücum edib. Bu, fevral ayından Sinay regionunda obyektə altıncı hücumdur. Dövlətə məxsus mətbuatın verdiyi məlumata görə, maskalı şəxslər əl-Şulaq qaz terminalına raketlərdən atılan qumbaralarla hücum etmişlər. Kəmərə zərər dəydiyi, lakin uzun müddətdir çalışmayan kəmərdə qazın olmadığı bildirilir.

XS
SM
MD
LG