Accessibility links

Misirlilərin II etiraz dalğasının 50-ci günü


Misirlilərin II etiraz dalğasının 50-ci günü

Misirlilərin II etiraz dalğasının 50-ci günü

Misirdə nümayişçilər artıq ardıcıl 50-ci gündür polislə qarşıdurmanı davam etdirir. Onlar prezident seçkiləri prosesinin sürətləndirilməsini və hərbi hökumətin mülki idarəçiliyə keçməsini tələb edir.

Misrin Daxili İşlər Nazirliyini mühafizə edən yüzlərlə iğtişaş polisi ilə onları daş atan nümayişçiləri binadan uzaqlandırmağa çalışarkən insident yaşanıb.

Nümayişçilər nazirliyi futbol oyununda təhlükəsizliyi lazımınca mühafizə edə bilməməkdə və qarşıdurmanın qarşısını ala bilməməkdə günahlandırır. Xatırladaq ki, Port Səid şəhərində futbol oyunundan sonra azarkeşlər arasında yaşanmış toqquşma nəticəsində 74 nəfər həlak olub.

Rəsmilər deyir ki, keçən həftənin cümə axşamı günündən bəri Qahirə və Süveyş şəhərlərində baş qaldırmış etiraz aksiyalarında ən azı 12 nəfər həlak olub.

XS
SM
MD
LG