Accessibility links

Misirdə zorakılıqlar davam etməkdədir


Bu gün səhər Qahirədə Misirin prezident iqamətgahı yaxınlığında baş verən bomba partlayışı bir nəfərin yaralanmasına səbəb olub. Bu bomba hücumu paytaxt ətrafında 3 nəfərin ölümü, 10 nəfərdən çox insanın yaralanması ilə nəticələnən silsilə bomba hücumlarından sonra həyata keçirilib.

Bomba hücumlarından biri çərşənbə günü Qahirənin şimal bölgəsindəki Mənofiyə quberniyasında qatarda həyata keçirilb. Nəticədə iki polis işçisi və bir mülki vətəndaş ölüb, azı 11 nəfər yaralanıb.

Dövlətin Əl-Əhram media şirkəti ölənlərin sayının daha çox olacağını bildirib. Qahirənin Əl-Mərc metro stansiyasındakı bomba partlayışı zamanı isə 3 nəfər yaralanıb.

Misir 2013-cü ilin iyul ayından prezident Məhəmməd Mursinin devrilməsindən bəri İslamçı yaraqlıların hücumları ilə üzləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG