Accessibility links

Misirin dövlət prokuroru hücuma məruz qalıb


Misir paytaxtında baş verən bomba partlayışı zamanı ölkənin dövlət prokuroru, onun iki cangüdəni və daha bir nəfər yaralanıb.

Partlayış Qahirənin şərqindəki lüks Heliopolis məhəlləsində Hişam Bərəkət işə gedərkən baş verib. Rəsmilər Bərəkətin nə dərəcədə xəsarət aldığı barədə məlumat verməsə də, dövlətə məxsus MENA xəbər agentliyi onun yüngül yaralandığını bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Bu hücum 2013-cü ildə Misirin daxili işlər naziri Məhəmməd İbrahimə qarşı sui-qəsddən sonra ölkədə yüksək səviyyəli rəsmilərə qarşı həyata keçirilən əön ciddi hücumlardan biridir.

Hücum eləcə də sabiq prezident Məhəmməd Mursinin devrilməsi və ordu başçısı Əbdül Fəttah Əl-Sisinin hakimiyyətə gəlməsinin ildönümünə bir neçə gün qalmış həyata keçirilib.

Cənab Mursinin hakimiyyətdən devrilməsindən sonra onun mənsub olduğu Müsəlman Qardaşları təşkilatının minlərlə üzvü kütləvi təqiblərlə qarşılaşmış, onlara qarşı müxtəlif ittihamlar irəli sürülmüşdür. Məhəmməd Mursi ilə bərabər "Müsəlman Qardaşları" təşkilatının təxminən 100 fəalı ölümə məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG