Accessibility links

Misirin Loksor şəhəri yaxınlığında hava balonunun partlaması nəticəsində 19 turist ölüb. Hadisə yerində çəkilən videoda qəzadan dərhal sonra xilasetmə işlərinin qıza bölgəsinə gəldiyi nümayiş etdirilib.

Bu gün Nil çayı üzərində, 300 metr hündürlükdə uçan zaman alovlanaraq partlayan balondan pilot da daxil edilməklə, iki nəfərin sağ çıxdığı bildirilir.

Ölən turistlərin Fransa, Britaniya və digər ölkələrdən olduğu bildirilir.

Balonun partladığı ərazi turistlərin ziyarət etdiyi abidələr, məbədlər, eləcə də firon Tutanxamonun dəfn edildiyi tarixi yerlərdir.
XS
SM
MD
LG