Accessibility links

Misirin Nil çayı deltası regionunda polis idarəsinə hücum edilib [Fotoqalereya]


Misirin Nil çayı deltası regionunda baş polis idarəsinə edilən bomba hücumu zamanı azı 13 nəfərin öldüyü, 130 nəfərin isə yaralandığı deyilir. Rəsmilər ölənlərdən çoxunun polis işçisi olduğunu bildirib.

Ölkənin müvəqqəti hökuməti Mənsur şəhərində həyata keçirilən bomba hücumunda "Müsəlman Qardaşlarını" günahlandırıb. Partlaşıyın baş verdiyi yerə gedən daxili işlər naziri Məhəmməd İbrahim bu hücumun gələn ay ölkədə keçiriləcək konstitusiya referendumuna təsir cəhdi olduğunu deyib.

Misirin baş naziri Nazim Əl-Bəbləvi isə bu hücumda əli olanların ədalət qarşısında cavab verəcəyini deyib.
XS
SM
MD
LG