Accessibility links

Misirdə həyata keçirilən silsilə bomba hücumları və qarşıdurmalar zamanı azı 14 nəfər ölüb. Onlardan azı 6-sı paytaxt Qahirədə həyata keçirilən bomba hücumlar zamanı ölüb.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, bomba hücumlarından biri Qahirədəki baş polis idarəsi qarşısında, digəri isə avtomobil dayanacağında həyata keçirilib. Bundan bir neçə saat sonra daha bir bomba Nil çayı yaxınlığındakı metro stansiyasında partladılıb ki, bu da nəfərin ölümünə, bir neçə polis işçisinin yaralanmasına səbəb olub.

Daxili İşlər Nazirliyi daha bir bomba hücumunun Gizədə, Piramidaların olduğu ərazidəki polis məntəqəsi yaxınlığında həyata keçirildiyini, lakin xəsarət alanların olmadığını bildirib.
XS
SM
MD
LG