Accessibility links

Müsəlman Qardaşları minlərlə adamın öldürüldüyünü deyir [Fotoqalereya]


Misirdə təhlükəsizlik qüvvələrinin azı 525 nəfəri öldürməsindən bir gün sonra Müsəlman Qardaşları bu gün tərəfdarlarını yenidən yürüşlərə çağırıb.

Müsəlman Qardaşları deyir ki, bu, təhlükəsizlik qüvvələrinin Qahirədəki iki çadır şəhərciyinə etdiyi hücum zamanı öldürülənlərə görə etiraz yürüşüdür.

Zorakılıqlar İskəndəriyyə və Suiz da daxil edilməklə, Misirin digər şəhərlərində də baş verib.

Ölkənin Səhiyyə Nazirliyinin bügünkü açıqlamasında döyüşlər zamanı azı 525 nəfərin öldüyü, 3700-dən çox insanın yaralandığı deyilir. Müsəlman Qardaşları isə ölənlərin sayının 4500 olduğunu bildirir.

Ölkədə kommendant saatı tətbiq edildiyinə görə, bu gün səhər Qahirə küçələrində sakitlik olub.
XS
SM
MD
LG