Accessibility links

Misirin şimalında Port Səid şəhərində təhlükəsizlik qüvvələri və qəzəblənmiş futbol pərəstişkarları arasında toqquşma zamanı bir yeniyetmə həlak olub, 68 nəfər xəsarət alıb.

Geniş etiraz nümayişləri cümə günü Misir Futbol Assosiasiyasının Əl-Masri futbol komandasının iki mövsüm oyunlara buraxılmayacağını və keçən ay futbol matçından sonra insan ölümülə nəticələnmiş toqquşamalara cavab olaraq Port Səid stadionunun üç il müddətinə bağlanacağını elan etməsindən sonra başlayıb.

Toqquşmalar şənbə gününə qədər davam edib. Təhlükəsizlik qüvvələri yolları bağlamış və Süveyş kanalı idarəsinin binası qarşında etiraz nümayişi keçirən kütləni dağıtmaq üçün havaya atəş açıb.

Yeniyetmənin arxadan güllə ilə vurulduğu deyilir, lakin insidentin detalları haqda məlumat verilmir.

Nümayişçilər mediada şəhər futbol komandasına qarşı onların sözü ilə qərəzli münasibətə də etiraz bildirib.

Fevral ayında Əl-Masri və Misirin ən populyar futbol klubu olan Əl-Əhli arasında matçın bitməsindən dərhal sonra başlamış iğtişaşlar zamanı 74 nəfər həyatını itirmişdir.

XS
SM
MD
LG