Accessibility links

Misirin ordu komandanı, general Əbdül Fəttah Əl-Sissi prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən gedir. Cənab Əl-Sissinin seçkilərdə asanlıqla qalib gələcəyi gözlənilir.

Ordudan istefası barədə açıqlamanı cənab Əl-Sissi bu gün verib və əlavə edib ki, ölkənin ləyaqətlə bərpası vatxı çatıb. Generalın bu bəyanatı Qahirə və bütün ölkədə qarışıq reaksiyalara səbəb olub.

Müdafiə naziri vəzifəsində də çalşan cənab Əl-Sissi keçən il İslamçı prezident Məhəmməd Mursinin devrilməsində iştirak edən hərbiçilərdən birincisi idi. Lakin bir neçə ay sonra onun rəhbərliyinə qarşı kütləvi etirazlara başlanmışdı.
XS
SM
MD
LG