Accessibility links

Məhəmməd ƏlBaradey Misirdə prezidentlik uğrunda mübarizəni dayandırdı


Məhəmməd ƏlBaradey Misirdə prezidentlik uğrunda mübarizəni dayandırdı
Məhəmməd ƏlBaradey Misirdə prezidentlik uğrunda mübarizəni dayandırdı

Misirdə müxalifətçi siyasi fiqur olan Məhəmməd ElBaradey prezident seçki yarışından çıxaraq, ölkədə hələ demokratiyanın tam bərqərar olmadığını deyib.

ElBaradey deyib ki, demokratik proses təmin olana qədər o nə prezident, nə də başqa rəsmi vəzifə uğrunda mübarizə aparmayacaq. Onun sözlərinə görə, hakimiyyətdən devrilmiş keçmiş prezident Hüsnü Mübarək rejimi hələ də sanki ölkəni idarə edir.

Nobel mükafatı laureatı və BMT-nin nüvə agentliyinin keçmiş rəhbəri Məhəmməd Elbaradeyin prezidentlik uğrunda mübarizədə öncül namizədlərdən biri olacağı gözlənilirdi.

Prezident postu keçən il Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsindən sonra boş qalır. Ölkəni idarə edən müvəqqəti hərbi hökumət parlament və yeni prezident seçkilərinin iyunda keçiriləcəyini bildirib.

XS
SM
MD
LG