Accessibility links

İslamçı partiyalar Misir seçkilərində gözlənildiyindən daha artıq səs alıb

  • Amerikanın səsi

İslamçı partiyalar Misir seçkilərində gözlənildiyindən daha artıq səs alıb

İslamçı partiyalar Misir seçkilərində gözlənildiyindən daha artıq səs alıb

Misirdə parlament seçkilərinin qismən açıqlanmış nəticələri islamçı partiyaların səslərin 65 faizini alaraq qətiyyətlə irəli çıxdığını göstərir.

Misirin Ali Seçki Komissiyasının açıqladığı rəqəmlərə əsasən, Müsəlman Qardaşlarının Azadlıq və Ədalət partiyası səslərin 36,6 faizini alaraq birinci, Sələfilərin Nur partiyası isə səslərin 24,4 faizi ilə ikinci yerdədir. İslamçı partiyaların ardınca səslərin 13,4 faizi ilə liberal Misir Bloku gəlir. Mötədil islamçı Vasat partiyası səslərin yalnız 4,3 faizini toplaya bilib.

Keçən həftə keçirilən səsvermə Misir parlamentinin 498 yerlik aşağı palatasında yerlərin 30 faizini müəyyənləşidir.

Misirlilər bazar ertəsi günü 52 namizədin təkrar seçkilərində səs verəcək. Seçki komissiyasının üzvü Əbdül Moaez deyib ki, doqquz vilayətdə keçirilmiş səsvermədə yüksək seçici fəallığı müşahidə edilib. Ölkənin 18 vilayətində seçicilər iki mərhələdə keçirilən seçkilərdə qarşıdan gələn həftələr səs verəcək.

XS
SM
MD
LG