Accessibility links

Kanada təhlükəsizlik səbəbiylə Misirin paytaxtındakı səfirliyini bağlayıb. Səfirlik bu gün veb səhifəsində konsulluq idarəsinin işini təhlükəsizliyin kifayət qədər təmin olunmaması səbəbindən məhdudlaşdırdığını bildirib.

Britaniyanın da Qahirədəki səfirliyi artıq iki gündür bağlıdır. Briyaniyta rəsmiləri səfirliyin bağlanması ilə bağlı hansısa təhlükə və ya yenidən açılma tarixi barədə məlumat verməyib.

Reuters xəbər agentliyi bu yaxınlarda yaraqlı olmaqda şübhəli bilinərək həbs edilən bir şəxsin Misir rəsmilərinə xarici səfirliklərə hücumlar planlaşdırıldığını dediyini bildirib.

Birləşmiş Ştatların Qahirədəki səfirliyi isə bu gün normal fəaliyyətini davam etdirib.

XS
SM
MD
LG