Accessibility links

Məhəmməd Mursi tərəfdarları fəaliyyətlərini Facebook-da davam etdirir

  • Nərminə Cəlalqızı

Misir polisi Facebook vasitəsilə insanları təhlükəsizlik qüvvələrinə qarşı zorakılıqlara təhrik edən 7 nəfəri həbs edib. Ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında belə addımların devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının internet vasitəsilə apardıqları kampaniyanın qarşısını almaq məqsədilə atıldığı deyilir.

Məlumatda Facebook saytında fəaliyyət göstərən 21-43 yaşlarındakı kişilərin bəzilərinin polis işçilərinin ev ünvanlarını belə açıqladığı bildirilir.
Fevral ayının 16-da “Müsəlman Qardaşları”-nın Facebook fəllarından 14-nə qarşı eyni ittihamlar irəli sürülərək, həbs edildiyi bildirilmişdi.

Polisin təzyiqləri artırdığı bir vaxt, ölkə boyu bomba hücumları, qarşıdurmalar və təhlükəsizlik qüvvələrinə hücumlar artır. Hökumət terrorçu kampaniyalarla üz-üzə gəldiyini deyib və bunun qarşısının alınacağına söz verib.

Misir Daxili İşlər Nazirliyinin bəyanatında Facebook saytındakı “Rəba nəbzi”-nin adı çəkilir ki, bu saytda keçən ilin avqust ayının 14-də Mursi tərəfdarlarının etiraz düşərgəsinin təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldığı bildirilir. Həmin saytda Mursi tərəfdarına qarşı əməliyyat zamanı yüzlərlə insanın öldürüldüyü bildirilmişdi.

​Daxli İşlər Nazirliyi sayt istifadəçilərinin təhlükəsizlik qüvvələrinin izinə düşmək üçün elektron izləyicidən istifadə etdiyni bildirsə də,t’f’rrwata varmayıb.

Hökumət “Müsəlman Qardaşları”nı zorakılıqlarda ittiham edərək, bunun terrorla nəticələndiyini deyir. İslamçı qrup isə bu ittihamı rədd edir. Məhəmməd Mursi devrildikdən bəri onun minlərlə tərəfdarı həbs edilib.


.
XS
SM
MD
LG