Accessibility links

Misirdə söz və ifadə azadlığına məhdudiyyətlərlə bağlı debatlar gedir


Misirdə söz və ifadə azadlığı
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Misirdə söz və ifadə azadlığı

Misirdə söz və ifadə azadlığına məhdudiyyətlərlə bağlı debatlar gedir.

Son iki ildir misirlilər söz və ifadə azadlığından əvvəllər görünməmiş bir şəkildə istifadə edir. Buraya küçə nümayişləri, divar posterləri və yazılar, habelə sosial mediada şərhlər daxildir.

Lakin yaçızı Əlaa El Asvani deyir ki, prezident Məhəmməd Mursinin öz proqramını həyata keçirməsi ilə azadlıq hissi bir xəyal olaraq qalır: “Formul budur: siz nə istəyirsiniz yazın, mən də nə istəyirəm edəcəm.”

Yazıçının sözlərinə görə, hazırkı iqtidar zamanı təqiblər eks-prezident Hüsnü Mübarək dövründə olduğundan daha geniş şəkil alıb: “Cənab Mursi prezidenti təhqir etmək ittihamı ilə 10 yazıçını məhkəmə qarşısına çıxarıb. Mübarək 30 il ərizində bunu üç dəfə etmişdi.”

Bu reaksiyaya səbəb təkcə siyasi liderlərə qarşı təhqirlər olmayıb. Məhəmməd Peyğəmbər haqda ABŞ-da istehsal edilmiş film Amerika səfirliyinə hücum və filmin yaradıcıları arasında olan misirlilərin qiyabi olaraq ölümə məhkum edilməsi ilə nəticələnmişdir.

Cəmaa İslamiyyə təşkilatının təmsilçisi Savfat Əl Ğaninin sözlərinə görə, islamda söz azadlığı Qərbin konsepsiyasından fərqlənə bilər: “Ümumilikdə bizim azadlıqlar haqda baxışlarımız müxtəlifdir. Biz islamda müqəddəslik və birlik prinsiplərinə əsaslanan azadlıq tərəfdarıyıq.”

Bu, dini baxışların dərin kök saldığı Misirdə geniş dəstəklənən bir fikirdir. Siyasi fiqurların müdafiəsinə gəldikdə çoxları bunun başqa məsələ olduğunu deyir.

Misirin ən tanınmış siyasi satira ustası olan Bassem Əl-Yusifin prezidentə yönəlmiş zarafatları prokurorlara elə də əyləncəli görünmür.

Bassem Əl-Yusif: “Biz məhkəməyə çıxarılacağımızı gözləyirdik, amma bu müddət ərzində bu qədər məhkəmə prosesinin olacağını bilmirdik.”

Prokurorların özləri diqqət mərkəzinə düşdükdən və ictimai reaksiyadan sonra ona qarşı ittihamlarlar aradan qaldırıldı.

Naşir Rania Əl Məliki deyir ki, hakimiyyətə gəldikdən sonra Bassem Yusif kimi insanlara münasibətdə daha artıq dözümlülük göstərmək lazımdır.

Söz azadlığının vüsət almasına baxmayaraq, Rania əl-Məliki qeyri-müəyyən gələcək, xüsusilə də qanunların islami dəyərlər prinsipi əsasında hazırlanacağı ilə bağlı narahatlığını ifadə edir:”Konstitusiyada mediaya nəzarət edən iki qurumun yaradılması nəzərdə tutulur. Onların nə ilə məşğul olacağı haqda təsəvvür yoxdur.”

Regionda post-inqilab dövründə olan ölkələrdə vətəndaşların hüquqları və azadlıqları müəyyən edilir. Ərəb dünyasının əhali sayına görə ən böyük ölkəsi olan Misir yol ayrıcındadır.
XS
SM
MD
LG