Accessibility links

Misir məhkəməsi Həmas qrupunun ölkədə fəaliyyətinə qadağa qoydu


Misir məhkəməsi Fələstinin yaraqlı Həmas qrupunun bütün fəaliyyətlərinin dayandırılması ilə bağlı qərar çıxarıb. Bu gün çıxarılan qərara əsasən Həmas qrupunun Misirdəki bütün ofislərinin bağlanması haqda göstəriş verilib.

Həmas qrupuna qarşı iş açan vəkil Samir Səbri belə bir addımın atılmasının səbəblərini izah edib. O deyib ki, Həmasın fəaliyyətinin dayandırılması və onun ofislərinin bağlanmasının səbəbi qrupun ölkədə qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlıdır. Vəkil qrup üzvlərinin həbs ediləcəyini deyib.

Həmas Misirin müvəqqəti hökumətinin terrorçu qrup elan etdiyi hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin "Müsəlman Qardaşları" təşkilatını bir qoludur.

Qrup Misir məhkəməsinin çıxardığı qərarı qınayaraq, bunun Fələstin məsələsi əleyhinə olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG