Accessibility links

Misirdə casusluq ittihamları ilə həsb edilmiş İran diplomatı azad edilib (YENİLƏNİB)


Misirdə casusluq ittihamları ilə həsb edilmiş İran diplomatı azad edilib (YENİLƏNİB)
Misirdə casusluq ittihamları ilə həsb edilmiş İran diplomatı azad edilib (YENİLƏNİB)

Misrin dövlət mətbuatının verdiyi məlumata görə, rəsmilər Tehranın xeyrinə casusluq etməkdə ittiham olunan İran diplomatını azad edilib və 48 saat ərzində ölkədən çıxarılacaq.

MENA xəbər agenltiyinə əsasən, Misrin Xarici İşlər nazirliyi onun diplomatik statusunu təsdiq etdikdən sonra prokurorlar Qasem Hüseynini azad edib.

Bundan öncə agentlik Qasem əl-Hüseyninin Misrin maraqlarına zərər vurmaq məqsədilə İranın xeyrinə casusluq etməkdə şübhəli bilindiyi üçün sorğu-sual edildiyi haqda məlumat vermişdi. Onun bir neçə gün bundan əvvəl saxlandığı bildirilir.

İran rəsmiləri Hüseyninin həbs edildiyini rədd edərək, onun bazar günü İranın Qahirədəki nümayəndəliyində olduğunu bildiriblər. İranın Əl-Ələm televiziyası İran mənbələrinə istinadən rəsmiləri məsələ ilə məşğul olduğu haqda məlumat verib.

1979-cu ildə İranda islam inqilabı baş verdikdən və Misir və İsrail arasında sülh razılığı əldə etməsindən sonra diplomatik Misir və İran tam diplomatik əlaqələrə malik deyil. Səfirliklər əvəzinə hər ölkənin paytaxtında o biri ölkə nümayəndəlik səviyyəsində təmsil edilib.

XS
SM
MD
LG