Accessibility links

Misirdə İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən şəxs həbs edilib

  • Amerikanın səsi

Misirdə İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən şəxs həbs edilib

Misirdə İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən şəxs həbs edilib

Misirdə İsrailin xeyrinə casusluq etmək və ölkənin keçmiş lideri Hüsnü Mübarəkin hakimiyyətdən getməsi ilə nəticələnmiş nümayişlər zamanı zorakılıqlara təhrik etməkdə şübhələnilən israilli həbs edilib. Rəsmilərin bildirdiyinə görə, İsrail vətəndaşı Qahirəyə yanvarın 25-də xarici müxbir kimi gəlib. Misir rəsmiləri onun İsrail Mossad kəşfiyyat xidmətinin agenti olduğunu iddia edir. Misir mənbələrinə əsasən, o, Qahirənin Təhrir meydanında nümayişlər zamanı gəncləri Misir hərbi qüvvələri ilə toqquşmalara təhrik edib. İsrailin Xarici İşlər nazirliyi həbslə bağlı məlumata malik olmadığını bildirib. Misir 1979-cu ildə İsraillə sülh sazişi imzalayıb.

XS
SM
MD
LG