Accessibility links

Misirdə hərbçilərin hakimiyyəti ələ keçirməsi və nümayişçilərə qarşı zorakılıqların Qərbi narahat etdiyi bir vaxt, bir çox misirli intellektual bu addımları demokratiyaya hücum deyil, demokratiyanı qorumaq kimi qiymətləndirir.

Seçkilər yolu ilə hakimiyyətə gələn prezident Məhəmməd Mursiyə qarşı bir neçə gün keçirilən genişmiqyaslı nümayişlərdən sonra, 3 iyulda ölkədə dövlət çevrilişinin baş verdiyi xəbəri yayıldı. İbn-Xaldun Mərkəzindən professor Səadəddin İbrahim: “Biz burada, Misirdə bunu çevriliş adlandlırmırıq.”

İki il bundan əvvəl Hüsnü Mübarəkə qarşı mübarizəyə görə Misirdə Demokratiya Uğrunda medalına layiq görülən Səadəddin İbrahim Mübarəkin hakimiyyəti dövründə üç dəfə həbs edilib. “Çevriliş Müsəlman Qardaşları və Qərb mediası tərəfindən istifadə olunan termindir.”

Biz liberal şərhçi və onlayn qəzet təsisçisi Raniya Əl-Malki ilə birlikdə bunu neytral sözlə əvəz etməyə çalışdıq - “ələ almaq”.

Raniya Əl-Malki: “Əvvəla mən hər şeyi öz adı ilə çağırıram. Bu, hərbi çevriliş idi.”

Lakin Misir intellektualları arasında bu fikri paylaşanlar azdır. “Hərbçilər nə edə bilirdilər, onu da etdilər. Hakimiyyətə qarşı xalq çıxdı, ordu sadəcə xalqın dalınca getdi. Küçələrə 30 milyon adam çıxmışdı.” - deyə, Sadəddin İbrahim bildirir.

Raniya Əl-Malki: “Ortada belə bir illüziya var ki, 30 iyunda küçəyə 30 milyon adam çıxmışdı. Bu nəhəng, nəhəng illüziyadır. Böyük, böyük yalandır. Bütün bunların arxasında ordu dayanırdı.”

Əl-Malki nümayişlərdə doğrudan da Mursiyə qarşı bir neçə milyon insanın olduğunu deyir. Lakin o, həmin insanların hərbi çevriliş deyil, təcili seçkilər keçirilməsini tələb etdiklərini deyir.

Yaxşı, bəs bu nə idi: Hərbçilərin ölkəni İslamçı platforma ilə çıxış edən Müsəlman Qardaşlardan xilas etməsi? Yoxsa generallar etiraz dalğasından istifadə edib hakimiyyətə gəldilər?
Hər iki tərəfin nümayəndəsi buna sərt cavab verir.

Sadəddin İbrahim: “Yeganə tələb terrorrizmlə mübarizə idi və Müsəlman Qardaşları ölkədə terrorizmin qaynağı kimi qiymətləndirilirdi.”

Raniya Əl-Malki: “Bu başdan ayaöa yalandır. Siz xoşunuza gəlməyən hər nə varsa, yıxa bilməzsiniz. Siz siyasi düşmənlərinizi terrorçu kimi qələmə verib onlardan yaxa qurtara bilməzsiniz.”

Hərbiçilər və onların tərəfdarları məhz, elə bunu etdilər. Öz əməllərinə bəraət qazandırmaq üçün adlarını terrorçu qoyub, yüzlərlə nümayişçini qətlə yetirdilər.

Raniya Əl-Malki gördüklərindən bədbin nəticələr çıxarır. “Bu mənəvi kompasın itməsi deyilsə, bəs nədir? Misirə gəldikdə, artıq Ərəb Baharı bitib. Hər şey sıfırdan başlayacaq. Mübarəkin dönəmində olan dırnaqarası demokratiyaya qayıdırıq.”

Səadəddin İbrahim də təhlükəni görür, amma o, yeni qoruyucu mexanizmin olduğuna inanır.
Bütün ölkə səfərbər olunub. Burada tiraniyanın baş qaldırması artıq mümkün deyil. Bu, Misirin oynadığı qumardır – bir tərəfdə hər şeyin düzgün istiqamətdə getdiyini, başqa tərəfdə isə əksini düşünən intellektuallar.
XS
SM
MD
LG