Accessibility links

Misir məhkəməsi fəal Alaa Abdel-Fəttahı 5 il azadlıqdan məhrum edib. O, qeyri-qanuni aksiya keçirmək maddəsi ilə məhkum olunub.

Abdel-Fəttah 2011-ci ildə prezident Hüsni Mübarəkin devrilməsinə səbəb olan etiraz aksiyalarında əsas müxalif fiqur idi.

O, 2013-cü il noyabr ayında icazəsiz nümayiş zamanı polis zabitinə hücum etdiyinə görə ittiham edilib. İlk olaraq o, 15 il həbslə cəzalandırılsa da, hakim işə yenidən baxılmasına qərar verib.

Məhkəmə həmçinin daha 24 nəfəri 3 ilə 15 il arasında azadlıqdan məhum etməklə cəzalandırıb. Məhkəmə zalında tərəfdarlar "Hərbi hakimiyyətə son!" şüarları səsləndirib.

Hökumətinin icazəsi olmadan aksiya keçirmək barədə qanun 2013-cü ildə ordunun Məhəmməd Mursini devirməsindən sonra qüvvəyə minib.

XS
SM
MD
LG