Accessibility links

Qahirədə gecə klubuna hücum olub


Misir rəsmilərinin bildirdiyinə görə, Qahirədə gecə klubuna edilən Molotov kokteyli hücumu azı 16 nəfərin ölümünə səbəb olub. Aquza məhəlləsindəki Əl-Sayad restoranına edilən bomba hücumunun səbəbi hələ aydın deyil.

Təhlükəsizlik rəsmilərinin hücumun terrorla əlaqəsi olmadığını deməsinə baxmayaraq, bir neçə ziddiyətli bəyanatlar açıqlanıb.

Ölkənin Daxili İşlər Nazirliyi partlayışın gecə klubunun işçiləri arasında baş verən fikir ayrılığı səbəbindən həyata keçirildiyini bildirib.

Bundan əvvəl isə MENA dövlət xəbər agentliyi bir rəsmiyə istinadən motosikletdəki üç nəfər şəxsin Molotov kokteylini klubun içərisinə atdığını və hadisə yerindən qaçdığını bildirmişdi.

Reuters xəbər agentliyinə məlumat verən rəsmi deyib ki, hücumçu bu yaxınlarda işdən azad edilən restoran işçisi olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG