Accessibility links

Misir prezidenti Məhhəməd Mursi ölkənin yüksək səviyyəli ordu rəsmiləri ilə görüşüb. Bundan əvvəl Misir prezidenti Məhəmməd Mursi ordunun onun hökumətinə və müxalifət liderlərinə ölkədəki böhrana son qoymaqla bağlı verdiyi 48 saatlıq ultimatumu rədd etmiş və işini davam edəcəyini bildirmişdi.

Prezident ofisi bu gün prezidentin Twitter hesabına (@EgyPresidency) yığıncaqda çəkilmiş şəkli yerləşdirib. Ordu rəsmiləri prezidentə müxalifətlə otraq bir məxrəcə gəlmələri üçün çərşənbə gününə qədər vaxt verib.

Bu gün prezidentin başçılıq etdiyi "Müsəlman Qardaşları" partiyasının nümayəndəsi ordunun yanaşmasını tənqid edib.

Bu arada isə minlərlə insan Qahirənin Təhrir Meydanına toplaşaraq, Məhəmməd Mursinin istefasını tələb edir.

Bu gün səhər Misirin xarici işlər naziri Məhəmməd Kamil Əmr istefası barədə ərizəsini təqdim edib. bazar günündən bəri ölkənin azı dörd naziri istefa verdiyini bildirib.
XS
SM
MD
LG