Accessibility links

Hüsnü Mübarək nümayişçilərə atəş açmaq əmri vermədiyini deyib

  • Amerikanın səsi

Hüsnü Mübarək nümayişçilərə atəş açmaq əmri vermədiyini deyib

Hüsnü Mübarək nümayişçilərə atəş açmaq əmri vermədiyini deyib

Misir mətbuatının verdiyi məlumata görə prezidenti Hüsnü Mübarək prokurorlara 18 gün davam edən nümayişlər zamanı nümayişçilərə atəş açmaq haqda əmr vermədiyiyini deyib. Misirin iki qəzetində cənab Mübarəkin müstəntiqlər tərəfindən dindirilməsinin stenoqramı dərc edilib. Assoşieyted Press agentliyi Misirin ədliyyə nazirliyinin rəsmilərin sənədlərin həqiqiliyini təsdiq etdiyi haqda məlumat verib. Sənədlərdə göstərildiyi kimi, cənab Mübarək deyib ki, o, polisi nümayişçilərə qarşı ifrat gücdən istifadə etməmək haqda təlimatlandırıb. Cənab Mübarək təhlükəsizlik qüvvələrinə atıəş açmaq əmri verdiyi, ya da bu haqda məlumatı olduğuna dair ittihamları rədd edib. Misirin keçmiş prezidenti bu ittihamlarla gələn ay məhkəmə qarşısına çıxarılacaq. Cənab Mübarək və onun iki oğluna qarşı həmçinin korrupsiya ittihamları da irəli sürülüb.

XS
SM
MD
LG