Accessibility links

Müsəlman Qardaşları Hüsnü Mübarəkin azad edilməsindən qəzəblənib


Müsəlman Qardaşları ordunun dəstəklədiyi hökumətin devrilmiş prezident Hüsnü Mübarəkin həbsxanadan çıxmasına yardım etməsinə etiraz olaraq, bu gün kütləvi nümayişlərə çağırıblar.

29 il Misir Silahlı Qüvvələrinə ali baş komandanlıq etmiş Hüsnü Mübarək ev dustaqlığına məhkum edilərək, cümə axşamı həbsxanadan hərbi hospitala aparılıb.

2011-ci ildə nümayişlər zamanı etirazçıların öldürülməsinin qarşısını almamaq ittihamı da daxil edilməklə, 30 illik hakimiyyəti dövründə qətllər və korrupsiya ittihamları ilə üzləşən 85 yaşlı Mübarək üzərində məhkəmə prosesi davam edəcək.

Misir ədliyyə rəsmiləri bu həftənin əvvəlində korrupsiya və qətl ittihamlarına dair keçirilən məhkəmə sessiyasında sabiq liderin artıq həbsdə saxlanmasına ehtiyac olmadığı barədə qərar çıxarıb.

Müsəlman Qardaşların "Şəhidlər Cüməsi" şüarı altında yeni nümayişlərə çağırması zorakılıqların baş qaldıracağı barədə qoxulara yol açıb.
XS
SM
MD
LG