Accessibility links

Misirin paytaxtı Qahirədə həyata keçirilən bomba hücumu iki polis işçisinin yaralanmasına səbəb olub. Rəsmilər bu günkü hücumun hədəfinin yoxlanış məntəqəsi olduğunu deyir.

Keçən ilin iyul ayından, hərbiçilərin İslamçı prezident Məhəmməd Mursini devirməsindən bəri yaraqlılar tərəfindən silsilə bomba və silahlı hücumlar həyata keçirilir. Hücumların çoxu əsasən Sinay yarımadasında olsa da, Qahirə də daxil edilməklə, ölkənin digər şəhərlərində də olur.

Hökumətin bu ayın əvvəlindəki açıqlamasında çoxu əsgər və polis işçisi olmaqla. ölkədə baş verən hücumlar nəticəsində 500-ə yaxın insanın həlak olduğu bildirilirb.
XS
SM
MD
LG