Accessibility links

Misir - "Mursi şəhərciyi" [Fotoqalereya]


Misir ordusunun komandanı Əbdül Fəttah Əl-Sissinin cümə günü xalqı nümayişlərə çağırmasını devrilmiş president Məhəmməd Mursinin tərəfdarları özlərinə birbaşa təhlükə kimi qiymətləndirir.

Bu arada Nəsr şəhərində bir araya gələn Mursi və Müsəlman Qardaşları tərəfdarları əks-nümayişlərə hazırlaşırlar. Nəsrdə nümayişlər vüsət almaqdadır. Minlərlə insan hələ də nəzarət altında olan devrilmiş prezidenti dəstəkləyən şüarlar səsləndirir.

Şəhərin əsas küçələrində salınan çadır düşərgəsində minlərlə insan məskunlaşıb. Könüllülər çadır şəhərciyini mühasirəyə alaraq, oraya daxil olmaq istəyənləri yoxlayırlar.

Kiçik şirkətlər alver üçün küçələrə masalar düzüb. Burada Mursinın şəkli olan köynəklərdən, paltar və ayaqqabılardan tutmuş, yerli sənət adamlarının əl işləri kimi müxtəlif əşyalar almaq olar.

Etirazçılar deyirlər ki, yürüşə çıxmayanda çoxları bu çadır şəhərciyində oturaraq, istirahət edir, Qurani-Kərimi oxuyur. Ramazan ayında, 35 dərəcə istidə onlar gün batmayınca su belə içə bilmirlər.

15 yaşlı Əbdülrəhman Üsama bu çadır şəhərciyində valideynləri, bacı və qardaşları ilə birlikdə iyunun 28-dən, Mursiyə qarşı olanların və onun tərəfdarlarının qarşıdurmalara başladıqlarından bəri yaşadığını deyir. O, deyir ki, Ramazan ayı qurtarandan sonra belə, prezident və parlament yerlərinə qaytarılmadıqları təqdirdə məktəbə getməyəcək.

İmad Zaqlul Mustafa musiqi müəllimi olub. İndi isə o, şüşə qablarda rəngli qum satır. Mustafa sabiq prezident Hüsni Mübarəkin 2011-ci ilin fevralında devrilməsində fəal iştirak etdiyini deyir. Onun sözlərinə görə inqilabın əsas məqsədi iqtisadi ədalətsizliyə son qoymaq idi. O deyir ki, hazırki etirazlar 2011-ci ildəki inqilabın davamıdır və onlar bu mübarizəni sonadək davam etdirəcəklər.

Digərləri isə ordu komandanının tərəfdarlarını terrorizmə və zorakılığa son qoyulması üçün cümə günü yürüşlərə çağırmasının Mursi tərəfdarları üçün təhlükə olmasından ehtiyat edir.

Tahan adlı şəxs deyir ki, ordu başçısının zorakılıqlara son qoymaq planı Müsəlman Qardaşlarını dəstəkləyənlərə qarşı hücumlar deməkdir: “Biz buraya səsimiz üçün gəlmişik. Hanı bizim səslərimiz? Bizim verdiyimiz səslər indi zibil qutusundadır. Mən inana bilmirəm ki, ordu bu gün vətəndaş müharibəsinə çağırır.”

Vüsət almış nümayişlərin fonunda ölkədə zorakılıqar da artmaqdadır. İyul ayının 3-dən, Məhəmməd Mursinin devrilməsindən bəri baş qaldıran qarşıdurmalar zamanı yüzdən çox adam ölüb. Yerli sakinlər ordu başçısının çağırışlarının vəziyyəti daha da ağırlaşdıra biləcəyini deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG